525.Az

Qar uçqunu nəticəsində hərbiçimiz həlak oldu


 

Qar uçqunu nəticəsində hərbiçimiz həlak oldu<b style="color:red"></b> Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.
 
Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
 





10.02.2017    çap et  çap et