525.Az

Xalça Muzeyində ustad dərsləri


 

Xalça Muzeyində ustad dərsləri <b style="color:red"></b>

Fevralın 11-də Azərbaycan Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə ustad dərsləri təşkil olunacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, dərslər muzeyin xalçaçı-rəssamı Tariyer Bəşirovun rəhbərliyi ilə aparılacaq. Ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən-nəslə ötürülməsinə şərait yaratmaqdır.

İki gün davam edəcək ustad dərslərində mövzu ilə bağlı mühazirələr də təşkil olunacaq.

Qeyd edək ki, çətən - eyni diametrli qamış və ya ağac çubuqlarından hazırlanır. Naxışlı çətənlər döşəməyə salınır, alaçıqdakı divarların bəzədilməsində arakəsmə və pərdə kimi istifadə olunur.

 





10.02.2017    çap et  çap et