525.Az

Sumqayıtda yaşayış binasında yanğın


 

Sumqayıtda yaşayış binasında yanğın<b style="color:red"></b> Sumqayıtda yaşayış binasında yanğın olub.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində dördmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb.

Yanğın zamanı 1 nəfər bədən xəsarəti, 2 nəfər isə tüstüdən zəhərlənmiş halda aidiyyəti üzrə təhvil verilib. Həmçinin 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





10.02.2017    çap et  çap et