525.Az
İsrail səfirliyinin əməkdaşları Lapşinlə görüşdü
Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin bu gün vətəndaşı olduğu İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşüb.
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
O qeyd edib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq, İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.
10.02.2017
çap et