525.Az

Kerridən Türkiyəyə xoş sözlər


 

Kerridən Türkiyəyə xoş sözlər<b style="color:red"></b>

ABŞ dövlət katibi Con Kerri Türkiyənin Yaxın Şərqdəki sülh prosesi, Suriya, Dağlıq Qarabağ və Kıbrıs kimi məsələlərdə konstruktiv oyunçuolduğunu bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxış edən Kerri Türkiyənin bir çox sahədə müsbət və fövqəladə dərəcədə yüksək səviyyəli əməkdaşlıq edən ölkə olduğunu vurğulayıb.

Dövlət katibi Türkiyənin Yaxın Şərqdə sülh prosesi, Suriya, Dağlıq Qarabağ və Kıbrıs kimi məsələlərdə ABŞ-da əməkdaşlıq içərisində olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə aralarında yaxın əməkdaşlıq münasibəti olduğunu vurğulayan Kerri bu il baş nazir Ərdoğanla da bir neçə dəfə görüşdüyünü qeyd edib.

Dövlət katibi Türkiyə ilə İsrail arasında gələn həftə keçiriləcək toplantının münasibətlərin inkişafı baxımından önəmli addım olduğunu deyib.  "Mavi Mərmərə" hadisəsinin qurbanlarına təzminat ödənilməsi məsələsinin həllindən sonra iki ölkənin səfirlərinin geri qayıdacağına ümid etdiyini bildirən Kerri "Heç bir axsama olmadan əlaqələrin irəliləyicəyinə inanıram" deyib.

trtazerbaycan.com

 





18.04.2013    çap et  çap et