525.Az

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq


 

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq<b style="color:red"></b>

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 millimetr diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 11-də gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 





11.02.2017    çap et  çap et