525.Az

Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul etdi


 

Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul etdi<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov Cəlilabadda Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinlərini qəbul edib.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və  iş ilə təminatla bağlı olub.
 
Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti məsələləri daxildir.  
 
Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlərdir.
 
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
 





13.02.2017    çap et  çap et