525.Az

Xoreoqrafiya Akademiyasında ustad dərsləri


 

Xoreoqrafiya Akademiyasında ustad dərsləri <b style="color:red"></b>

Bakıda işgüzar səfərdə olan və Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Qıpçaq rəqsləri” bir pərdəli baletin səhnələşdirilməsi ilə məşğul olan Mixaylovsk Sankt-Peterburq Opera və Balet Teatrının xoreoqrafı, Rusiya Federasiyasının əməkdar artisti Sergey Moxnaçov Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri üçün ustad dərsləri keçib.

Akademiyadan 525.az-a verilən məlumata görə, ustad dərsində iştirak edən müəllim-tələbə heyəti klassik rəqsdə müasir meyllər və yeni üslublar barədə məlumat alıb və xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini müşahidə ediblər.
 
Qeyd olunub ki, dünya inkişaf etdikcə, insanın hərəkət və ifadələri də transformasiyaya uğrayır. Bu transformasiyalar mütləq şəkildə rəqsdə də öz əksini tapır. Buna görə müasir rəqslərə yeni nəfəs gətirmək üçün ilk növbədə bütün rəqslərin əsası sayılan klassik rəqsi qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək və hətta müvafiq prinsiplərə uyğun olaraq zənginləşdirmək lazımdır.

Daha sonra qonağın Akademiyanın rəhbərliyi ilə görüşündə ustad dərsi barədə fikir mübadiləsi keçirilib, xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

 





14.02.2017    çap et  çap et