525.Az

Azərbaycan dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasında


 

Azərbaycan dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasında<b style="color:red"></b> Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasındadır.
 
APA-nın “kavkasia.net”-ə istinadən verdiyi xəbərə görə,  reytinq ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbeo” resursu tərəfindən hazırlanıb. 
 
Resursun 125 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 18 yerdə qərarlaşıb. İlk onluqda Qətər, Sinqapur, Avstriya, BƏƏ, Honqkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarus yer alıb.    
 
Venesuela, Honduras, Cənubi Sudan, Cənubi Afrika, Nigeriya, Braziliya və Salvador ən kriminal ölkələr sayılır.
 





15.02.2017    çap et  çap et