525.Az

BMT “iki dövlət” prinsipinə sadiqdir


 

BMT “iki dövlət” prinsipinə sadiqdir<b style="color:red"></b> BMT katibliyi BMT Fələstin-İsrail münaqişəsinin nizamlanmasında “iki dövlət” prinsipini dəstəklədiyini təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Farhan Xak Ağ Ev nümayəndəsinin ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizamlanmasında tutduğu mövqeyinin dəyişə biləcəyinə münasibət bildirərkən vurğulayıb.  
 
“Münaqişənin həllində “iki dövlət” prinsipini dəstəkləməyimiz barədə məlumatlısınız. Bundan əlavə şərh verməyəcəyəm”, - deyə Xak bildirib. 
 
Qeyd edək ki, Ağ Evin yüksək vəzifəli nümayəndəsi bundan əvvəl ABŞ-ın Yaxın Şərq probleminin nizamlanmasında “iki dövlət” prinsipini təkid etməyəcəyini bildirib. 
 
Bu vaxtadək ABŞ münaqişənin həlli məsələsində bölgədə iki suveren dövlətin – İsrail və Fələstinin yaradılması prinsipinə əsaslanıb.
 





15.02.2017    çap et  çap et