525.Az

Meksika səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində


 

Meksika səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində <b style="color:red"></b>

Fevralın 13-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, çoxsaylı sahələr üzrə əlaqələrin inkişafı məqsədilə baş tutan bu görüşdə Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, həmçinin, əsas əməkdaşlıq sahələrindən söhbət açılıb.

Komitə sədri rəhbərlik etdiyi qurum və onun funksiyaları barədə məlumat verib. Bundan əlavə, Azərbaycanda mövcud olan dini dözümlülük və birgə yaşayış mühitinə toxunulub.

Səfir Labardini Meksikada dini icmaların formalaşması tarixi və hazırda ölkəsində dini işlər üzrə məsul olan inzibati strukturlardan danışıb.

Görüşün sonunda tərəflər müvafiq ikitərəfli əlaqələrin qurulması və inkişaf etməsinə dair istəklərini ifadə ediblər.

Ceyhun ABASOV

 





15.02.2017    çap et  çap et