525.Az

Ukrayna Azərbaycanlılarının rəhbəri Çavuşoğluyla görüşdü


 

Ukrayna Azərbaycanlılarının rəhbəri Çavuşoğluyla görüşdü<b style="color:red"></b>

Fevralın 9-da Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynada rəsmi səfərdə olan Türkiyə Cümhuriyyəti xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüş zamanı Türkiyə və Ukrayna münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Ukraynada yaşayan bütün millətlər, xüsusilə də azərbaycanlılar adından Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirən Rövşən Tağıyev Türkiyənin hər zaman Ukrayna və Azərbaycanı dəstəklədiyini, habelə ölkələrin ərazi bütövlüyü məsələsində rəsmi Ankaranın prinsipial mövqe tutduğunu bildirib.

Rövşən Tağıyev Türkiyə xarici işlər nazirinə bildirib ki, Azərbaycan diaspora Ukraynadakı Türkdilli xalqlar arasında sayca ən böyükdür və Ukraynanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar.

Görüş zamanı bildirilib ki, Türkiyə xalqı hər zaman tale yüklü məsələlərdə Ukraynadakı Azərbaycan diasporunun dəstəyinə əmin ola bilər.

Qeyd edək ki, görüşdə Türkiyənin Ukraynadakı səfiri Yonet Tezel, Ukrayna iqtisadi inkişaf nazirinin müavini Titarçuk Mixail və Ukrayna Millətlər Şurasının sədr müavini Timur Masautov iştirak ediblər.

Ceyhun ABASOV

 





15.02.2017    çap et  çap et