525.Az

Şoyqu: “Pentaqondan izahat gözləyirik”


 

Şoyqu: “Pentaqondan izahat gözləyirik”<b style="color:red"></b>

Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Ceyms Mettisin NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə səsləndirdiyi bəyanata cavab verib.
 
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, S. Şoyqu Rusiyanın Pentaqonla əməkdaşlığın bərpasına hazır olduğunu bildirib:

“Biz Pentaqonla əməkdaşlığa hazırıq. Lakin bizimlə güc yolu ilə dialoq qurmaq cəhdləri perspektivsizdir. Bu gün Bakıda Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Valeri Gerasimovun amerikalı həmkarı Cozef Danfordla görüşündə Pentaqondan izahat gözləyirik”.

Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ABŞ-ın Rusiya ilə əməkdaşlığın bərpasını istədiyini, lakin Moskva ilə güc mövqeyindən danışmaq niyyətində olduğunu deyib.

 





16.02.2017    çap et  çap et