525.Az

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü


 

"DÖVLƏT BAŞÇISI MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİNİN HƏLLİNİ HƏR ZAMAN DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYIR"

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü<b style="color:red"></b>

Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

Ölkə başçısının qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır, bu məsələlərə qayğı ilə yanaşır və onların həlli ilə bağlı zəruri tədbirlər görür.

"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişiklik dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.

Fərmana əsasən məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq.

Həmin kontingent 2017-ci ilin fevralın 1-i tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq.

Dəyişikliyə əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq.

Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyən edəcək və 15 gün ərzində qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu fərmana yuğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün prezidentə təqdim edəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev qeyd edib ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi dövlətimizin başçısı İlham Əliyevin məcburi köçkünlərə və bu qəbildən olan digər insanlara qayğısının daha bir təzahürüdür. O, AZƏRTAC-a bildirib ki, bu, bir daha onu göstərir ki, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daim Azərbaycan prezidentinin diqqət mərkəzindədir: "Bu fərman keçmiş yataqxanalarda, müalicə pansionatlarında və digər binalarda yaşayan məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinə, onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət edəcək. Azərbaycan prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin bu fərmanı dövlətimizin məcburi köçkünlərə diqqətinin ifadəsidir".

Milli Məclisin deputatı Elman Nəsirov isə hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərmanı dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.

O, APA-ya bildirib ki, prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib: "Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb, onların həlli ilə bağlı zəruri tədbirlər görüb. "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanla bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsi zəruri idi. Bu, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, yəni keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması ilə ödəniş məsələlərini əhatə edirdi. Bir çox halda sayğacların quraşdırılması, ödənişlərlə bağlı problemlər mövcud idi. Bu gün imzalanan fərmanda bu məsələlərə aydınlıq gətirilir.

Fərmana əsasən məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğacların quraşdırılması mümkün olmadığı halda, kommunal xidmətlərə görə  ödənişlər 1 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Digər tərəfdən, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Çünki bu məcburi köçkünlər hazırda təbii qaz olmadığı üçün yalnız elektrik enerjisindən istifadə edir. Bu məcburi köçkünlərə bu halda elektrik enerjisi ilə bağlı hansı limitin müəyyənləşdirilməsi də həllini tapmamışdı. Son fərmanda bu məsələ də öz əksini tapıb. Eyni zamanda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, yəni keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər 1 fevral 2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq.  

Bu, qazlaşdırılmayan müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərə də şamil edilir.

Dəyişikliyə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyən edəcək və 15 gün ərzində qazlaşma proqramını və Azərbaycan Prezidentinin  aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün dövlət başçısına təqdim edəcək. Hesab edirəm ki, bu, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının atdığı növbəti addımdır".

Deputat Elman Məmmədov isə qeyd edib ki, bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. O, "Trend"ə bildirib ki, İlham Əliyev prezidentliyi dövründə ulu öndərin yolunu davam etdirərək qaçqın və məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin problemlərinə diqqəti həmişə bir nömrəli məsələ kimi saxlayıb: "Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb və onların həlli ilə bağlı zəruri tədbirlər görüb".

Ceyhun ABASOV

 





16.02.2017    çap et  çap et