525.Az

“Otelçilik fəaliyyətinin əsasları” kitabı işıq üzü görüb


 

“Otelçilik fəaliyyətinin əsasları” kitabı işıq üzü görüb<b style="color:red"></b>

Turizm sahəsi üzrə müxtəlif ölkələr və otellər  şəbəkəsində çalışan, həmçinin hal hazırda bu sahə üzrə mütəxəssis kimi Bakı Dövlət Universitetində otelçilik fəaliyyətini tədris edən Cəmşid Zeynalovun və BDU-nin xarici ölkələrin iqtisadi siyasi coğrafiyası və turizm kafedrasının müdiri dosent Həbibə Soltanovanın kitabı nəşr olunub. Kitab “Otelçilik fəaliyyətinin əsasları” adlanır. Kitabda turizm sektorunda ən mühüm hadisə olan otelçilik fəaliyyətinin əsaslarından bəhs edilir. Hazırda turizm təhsili Azərbaycanda yeni inkişaf yoluna qədəm qoyub. Bu baxımdan ölkəmizdə turizmin inkişafı üçün mütəxəssislərin hazırlanması, dünya otel sənayesinin təcrübəsinin öyrənilməsi əhəmiyyətli xarakter daşıyır. Müəllifin yazdığı kitab bu baxımdan çox aktualdır. 17 fəsildən ibarət olan kitabda termin və anlayışlar, əlavələr və izahatlar verilib.

Fəsillər otelçiliyin qısa tarixinin təsviri ilə başlayır. Bu fəsildə Ümumdünya Ticarət Təşkilatının təsnifatına əsasən otellərin aid olduğu qruplar araşdırılır və hər biri haqqında ayrıca məlumat verilir. Fəsillərdə otellərin iş və ştata görə təsnifatı, otellərdə fəaliyyət göstərən şöbələrin vəzifə və funksiyaları, müştərilərlə ünsiyyət və onlara xidmət, eləcə də rezervasiya qaydaları, otellərdə təklif olunan menyuların təsnifatı və verilən tələblər, otellərin idarəolunma formaları barədə əsaslı bilgilər verilib.

Müəllif kitabın hazırlanmasında otelçilik sahəsində öndə  gedən qabaqcıl dünya ölkələrinin təcrübəsindən faydalanıb.

Kitab turizm və otelçilik ixtisasına yiyələnən bakalavriatlar, magistrantlar, doktorantlar, bu sahə  üzrə peşə ixtisası alanlar, otel biznesi ilə maraqlananlar, otellərdə çalışan personal və s. üçün nəzərdə  tutulub.

 





19.04.2013    çap et  çap et