525.Az

Azərbaycanlı rəssam Tolyattidə ustad dərsi keçəcək


 

Azərbaycanlı rəssam Tolyattidə ustad dərsi keçəcək<b style="color:red"></b>

Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fevralın 19-da Tolyattidə ustad dərsi olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı rəssam “facebook” səhifəsində bölüşüb. Ustad dərsi iştirakçılara yaradıcılıq prosesində texniki çətinliyi və psixoloji sərhədi dəf etməkdə kömək edə bilər.

Bayram Salamov Şəkinin Qoxmuq kəndində dünyaya göz açıb. O, 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır.

Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi keçirilib. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib.

Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.

Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.

 





18.02.2017    çap et  çap et