525.Az

İsmayıl Ömərov İTV-nin baş direktorluğuna namizəd olmadı


 

İsmayıl Ömərov İTV-nin baş direktorluğuna namizəd olmadı<b style="color:red"></b>

Bu gün İctimai Televiziyanın (İTV) baş direktorluğuna namizədlərin siyahıya alınması başa çatır.

Lent.az-ın məlumatına görə, hazırkı baş direktor İsmayıl Ömərov hələ də namizədliyini irəli sürməyib. Namizədlərin qeydə alınması isə saat 19:00-da başa çatır.

Məlumata görə, İ. Ömərov bir neçə gün öncə Yayım Şurasına son hesabatını verib.

Bəzi məlumatlara görə, artıq bir neçə nəfər Milli Teleradio Şurasının elan etdiyi müsabiqəyə namizədliyini irəli sürüb.

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsi üçün elan olunan müsabiqəyə bu gün saat 19:00-a qədər sənəd qəbulu davam edəcək”. Bunu isə Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov bildirib. Onun sözlərinə görə, müsabiqə başa çatan kimi namizədlər haqda açıqlama veriləcək.

Baş direktor vəzifəsinə seçkinin alternativlik şəraitində keçəcəyini bildirən T. Məmmədov onu da bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırkı rəhbəri İsmayıl Ömərovun müsabiqəyə sənəd verib-vermədiyi barədə onda məlumat yoxdur.

 





19.04.2013    çap et  çap et