525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Aprelin 21-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə fasilələrlə uzunmüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, temperatur gecə 5-9 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.
 
Bakıda gecə 7-9 dərəcə, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
 
 Azərbaycanın rayonlarında isə havanın havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
 
Havanın temperaturu gecə 3-8, gündüz 12-18 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti təşkil edəcək.

 





21.04.2013    çap et  çap et