525.Az

Abşeronda göl daşdı, həyətyanı sahələri su basdı


 

Abşeronda göl daşdı, həyətyanı sahələri su basdı<b style="color:red"></b> Bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyanı sahələrə dolmuş suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib.
 
Hazırda suyun çəkilməsi işləri davam etdirilir.
 





23.02.2017    çap et  çap et