525.Az

Vyanada ATƏT PA-nın qış sessiyası başlayır


 

Vyanada ATƏT PA-nın qış sessiyası başlayır<b style="color:red"></b> Bu gün Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası başlayır.

APA-nın məlumatına görə, sessiya 2 gün davam edəcək.
 
Sessiyanın ilk günü 3 əsas komitənin birgə iclası olacaq.

Sessiyanın ikinci günündə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT baş katibi Lamberto Zanyerin çıxışı nəzərdə tutulub.
 
İclasda Azərbaycandan ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə iştirak edəcək.
 





23.02.2017    çap et  çap et