525.Az

Bayram Səfərov: "Xocalıya qəhrəman şəhər adı düşür"


 

Bayram Səfərov: "Xocalıya qəhrəman şəhər adı düşür"<b style="color:red"></b> Şuşa və Xocalı İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
 
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan xalqının ermənilərin törətdiyi Xocalı soyqırımını heç vaxt unutmayacağını deyib. O bildirib ki, bir neçə ay ermənilərin mühasirəsində qalmış Xocalıya “qəhrəman şəhər” adı düşür: “Xocalı işğaldan azad olunduqdan sonra bu status veriləcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində uğurlu işlər görülür. ABŞ kimi dövlətin ştatlarında Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edilir”.
 
Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qeyd edib ki, Xocalı xalqı 25 il əvvəl şərəflə ölməyi üstün tutub: “Ağır dərddir. Biz bu dərdi içimizdə çəkəcəyik. Xocalı camaatı torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyir. Biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır. Vaxt gələcək, haqq öz yerini tapacaq”.
 
Tədbirdə Xocalı soyqırımı haqda film, habelə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
 





23.02.2017    çap et  çap et