525.Az

Avropa Komissiyası Yeni Asiya-Avropa nəqliyyat dəhlizi layihəsinə dəstək verə bilər


 

Avropa Komissiyası Yeni Asiya-Avropa nəqliyyat dəhlizi layihəsinə dəstək verə bilər <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
 
APA-nın məlumatına görə, söhbət zamanı Azərbaycan prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin cari il ərzində dörd dəfə görüşdüyü xüsusi vurğulanıb, Cənub Qaz Dəhlizinin tikintisi, bu sahədə əldə olunan nailiyyətlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Həmçinin Azərbaycan ilə Avropa Komissiyası arasında enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri, o cümlədən, Bakı-Tiflis-Qars dəmir yolundan istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
 
Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarından danışan Maroş Şefçoviç Avropa şirkətlərinin bu layihəyə cəlb olunmasının və bu məsələdə Avropa Komissiyasının mümkün dəstəyinin əhəmiyyətini vurğulayıb.
 
Söhbət zamanı Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu məsələdə Avropa İttifaqının təcrübəsindən istifadə edilməsinin mümkünlüyü qeyd olunub.
 





23.02.2017    çap et  çap et