525.Az

Tütünçülüyün perspektivləri müzakirə edildi


 

GƏNCƏDƏKİ AQRAR UNİVERSİTETİN MÜTƏXƏSSİSLƏRİ ZAQATALADA KEÇİRİLƏN ELMİ-PRAKTİK KONFRANSDA TÖVSİYƏLƏRLƏ ÇIXIŞ EDİBLƏR

Tütünçülüyün perspektivləri müzakirə edildi<b style="color:red"></b>

Respublika Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı kənd təsərrüfatının bütün sahələri kimi, tütünçülüyün də inkişafına diqqətin zəruriliyini qeyd edib.

Bu da sözügedən sahənin inkişafında əsaslı dönüş üçün böyük imkanlar yaradır.

Hazırda ölkəmizdə üzümçülük, pambıqçılıq, çayçılıq, baramaçılıq, meyvəçilik sahələri ilə yanaşı tütünçülükdə də istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır.

Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən  bildirilib ki, bu ail təhsil ocağının alimləri "Tütünçülüyün mövcud vəziyyəti və  inkişaf perspektivləri" mövzusunda Zaqatalada keçirilən ümumrespublika elmi-praktik konfransda iştirak edib, ənənəvi tütün əkən rayonlarından  olan fermerlərə, torpaq mülkiyyətçilərinə və iş adamlarına dəyərli məsləhətlər veriblər.

Tütünçülüyün nəzəri və əməli əsaslarının geniş müzakirə edildiyi bu tədbirdə Zaqatala, Qax, Balakən, Şəki, Goranboy, İmişli, İsmayıllı, Qazax, Qəbələ, Lerik, Masallı, Oğuz və Tovuz rayonlarından olan torpaq mülkiyyətçiləri, fermerlər və sahibkarlar qarşısında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar Universitetin və bir sıra elmi-tədqiqat institutlarının alimləri,  həmçinin təcrübəli istehsalçılar tütünçülüyün geniş aspektlərini əhatə edən "Respublikada tütünçülüyün iqtisadi və aqrotexniki əhəmiyyəti","Tütün bitkisinin becərilmə texnologiyası", "Azərbaycanda tütünün seleksiyası və toxumçuluğun təşkili, "Tütün bitkisinin xəstəlik və zərərvericiləri","Azərbaycanda tütün istehsalı və emalında yeni texnologiyaların tətbiqi" və digər bu kimi  mövzularında məruzələr və tövsiyələr ilə çıxış ediblər.

Zakir MURADOV
Gəncə

 





23.02.2017    çap et  çap et