525.Az

"Cənub Qaz Dəhlizi" ABŞ üçün strateji layihə olaraq qalır"


 

"Cənub Qaz Dəhlizi" ABŞ üçün strateji layihə olaraq qalır"<b style="color:red"></b> "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra olunur və bu layihə ABŞ üçün strateji layihə olaraq qalır".

"APA-Economics" xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası çərçivəsində keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan deyib.
 
Onun sözlərinə görə, bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm layihələrdəndir:

"Avropa istehlakçıları üçün "Cənub Qaz Dəhlizi" bir çox imkanlar açır. Bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqabət baxımından sərfəli qiymətlər deməkdir. Bu istiqamətdə bu gün əldə edilən irəliləyişlərin şahidi olduq. Bəzi çağırışlar mövcuddur.

ABŞ olaraq hesab edirik ki, birgə şəkildə bu çətinliklərin öhdəsindən gələcəyik və Xəzərdə hasil olunan karbohidrogenlərin Avropaya çatdırılmasına nail olacağıq".
 





24.02.2017    çap et  çap et