525.Az

Təyyarələrdə Xocalı soyqırımına dair videoçarx nümayiş etdiriləcək


 

Təyyarələrdə Xocalı soyqırımına dair videoçarx nümayiş etdiriləcək<b style="color:red"></b>

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus aviareyslərdə bu qanlı qırğına dair videoçarx nümayiş etdiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, videoçarx AZAL-ın Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə birgə layihəsi əsasında hazırlanıb.

Videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.

Layihənin məqsədi AZAL-a məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.

 





24.02.2017    çap et  çap et