525.Az

Səbail rayonunda Xocalı faciəsi anıldı - Fotolar


 

Səbail rayonunda Xocalı faciəsi anıldı - <b style="color:red">Fotolar</b>

Xocalı faciəsinin 25-ci ildönümü Səbail rayonunda geniş şəkildə qeyd olunur.

Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarında, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilir, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunub, fevralın 24-də  rayonun orta və ali məktəblərində ilk dərs Xocalı faciəsinə həsr olunub.

Faciənin ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib.

Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Bildirib ki, faciənin geniş ictimaiyyətə çatdırılması üçün Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb. 

O, Azərbaycan prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən xocalılılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını qeyd ediblər.

Daha sonra rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan məcburi köçkünlərlə birgə "Sahil bağı"nda rayon orta məktəblərinin şagirdlərinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm müsabiqəsinə təqdim olunan rəsmlərdən ibarət sərgi ilə tanış olub. 

Şagirdlər müxtəlif rəngli boya, quaş, akvarel, karaşdaşlarla çəkdikləri rəsmlərində faciənin müxtəlif məqamlarını əks etdiriblər.

Sərgi çox böyük maraqla izlənilib. Xocalılıların da daxil olduğu münsiflər heyətinin qərarı ilə qaliblər müəyənləşdirilib, onlar və müsabiqədə fərqlənən bir qrup məktəbli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  maddi və ərzaq yardımları göstərilib.

 





24.02.2017    çap et  çap et