525.Az

"Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir"


 

"Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir"<b style="color:red"></b> "Azərbaycanda lisenziyası ləğv olunan 11 bank üzrə qorunan əmanətçilərə 760 mln. manat kompensasiya ödənməlidir. İndiyədək təxminən 25 min nəfərə 725 mln. manat kompensasiya verilib".

"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
 
Onun sözlərinə görə, bundan sonra təxminən 140 min qorunan əmanətçiyə 35 mln. manatlıq kompensasiya verilməlidir:
 
"Bu əmanətçilər öz əmanətlərini götürmür. Niyə? Çünki onların əmək haqqı hesabında, kart hesabında 1 manatdan az vəsait qalıb. Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir. Bu əmanətlərin məbləği az olsa da, sayı çox olduğundan bu məbləğ yaranıb".
 





24.02.2017    çap et  çap et