525.Az

Lvov şəhərində Xocalı soyqırımı anıldı


 

Lvov şəhərində Xocalı soyqırımı anıldı<b style="color:red"></b>

Ukraynanın Lvov şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin vilayət təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 25 ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçrilib.

Təşkilatdan verilən məlumata görə, Konqresinin Lvov Vilayət təşkilatının sədri Teymur Məmmədov tədbirdə çıxış edərək 1992-ci ilin şaxtalı fevral gecəsində başda indiki Ermənistan prezidenti Serj Sarkisyan olmaqla, erməni daşnaq qruplaşmalarının Xocalıda törətdiyi amansız qətliamlardan söz açıb, bu cinayətkar dəstənin ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildirib.

Tədbirdə Konqresin gəclər və idman departamentinin sədri Şəhriyar Məhərrəmov, diaspora fəallarından Sevda Qurbanova, Çingiz Əliyev və digər soydaşlarımız çıxış edərək aradan 25 il ötməsinə baxmayaraq nüfuzlu beynəlxalq təşkilatların bu qəddarlıq aktına hüquqi siyasi qiymət verməmələrini tənqid atəşinə tutublar.

Sonra tədbirdə Xocalı faciəsini özündə əks etdirən sənədli film nümayiş etdirilib. Filmə baxdiqdan sonra o müdhiş gecəni xatırlayan ukraynalı pilot Leonid Krovets ermənilərin Xocalıda günahsız insanlara qarşı həyata keçirtdikləri işgəncə və qəddarlıq aktını 20-ci əsrin ən amansız faşizm nümunəsi adlandırıb: “Aradan 25 il ötüb. Xocalıda gördüyüm müdhiş olayları bir anda olsa, unuda bilmirəm. Hələ də orada gözləri çıxarılmış uşaqların, süngiyə keçirilmiş hamilə qadınların, ağır işgəncəyə məruz qalmış yaşlı insanların üzərlərində aparılmış qəddarlıqları beynimdən silib ata bilmirəm. Bu hadisə həyatıma əzab dolu iztirablarla daxil olub”.

Anım mərasimində çıxış edərn Lvov Vilayət adiministrasiyasının mədəniyyət və millətlər departamentinin sədri Lesiya Kornat, Lvovda fəaliyyət göstərən Belarus, yunan, bolqar, Polşa, Moldova, və digər xalqların diaspora rəhbərləri Xocalı faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasəti olduğunu bildiriblər. Onlar Xocalı soyqrımı aktının Ukrayna parlamenti tərəfindən tanınması üçün Ali Radaya müraciət olunmasının vacibliyini bildiriblər.

Ceyhun ABASOV

 





24.02.2017    çap et  çap et