525.Az

Yaşar Kamalın anım günüdür


 

Yaşar Kamalın anım günüdür<b style="color:red"></b>

Oxuculara daha çox "İncə Məmməd" romanıyla tanış olan tanınmış Türkiyə yazıçısı Yaşar Kamalın anım günüdür.

Əsl adı Kamal Sadiq Gökçəli olan ədib 6 oktyabr 1923-cü ildə Adananın Osmaniyyə ilçəsinin Həmitə kəndində doğulub.

Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. İlk şeirləri Adana "Xalq evi"nin nəşri olan "Görüşlər" dərgisində çap edilib. Son sinifdə məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalıb. Fəhlə, suçu, müəllim, kitabxanaçı kimi işlərdə çalışıb. Eyni zamanda, "Ölkə", "Kovan", "Millət", "Beşpınar" jurnallarında şeirləri nəşr olunub.

1951-ci ildə İstanbula gələrək "Cümhuriyyət" qəzetində müxbir işləməyə başlayıb. "Dünyanın ən böyük təsərrüfatında yeddi gün" başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb.

İlk romanı "İncə Məmməd" ilə 1955-ci ildə "Varlıq" roman mükafatını qazanıb. 1974-cü ildə "Dəmirçilər Çarşısı Cinayəti" adlı əsəri Madaralı roman mükafatına layiq görülüb. "Yer dəmir, göy mis" əsəri Fransada 1977-ci ildə Ədəbiyyat tənqidçiləri sindikatı tərəfindən ilin ən yaxşı xarici romanı seçilib. "Binboğalar əfsanəsi" 1979-cu il yay dönəmi üçün Böyük Ədəbiyyat jürisi tərəfindən seçilən kitablar arasında yer alıb.

1982-ci ildə beynəlxalq Del Duca mükafatına layiq görülən Yaşar Kamal, 1984-cü ildə Fransanın Fəxri legion ordeni ilə təltif edilib. Əsərləri 39 dilə tərcümə olunub.

Yaşar Kamal 28 fevral 2015-ci ildə vəfat edib.

Cavid QƏDİR
Mənbə: Vikipediya

 





28.02.2017    çap et  çap et