525.Az

Ağcabədi məktəbində Xocalı qurbanları anıldı


 

Ağcabədi məktəbində Xocalı qurbanları anıldı<b style="color:red"></b>

Ağcabədi şəhər Şirin Hüseynov adına 2 №-li tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib.

Tədbirdə adıçəkilən məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Əvvəlcə Xocalı şəhərində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru Məlahət Tağıyeva Xocalı soyqırımı haqqında geniş məlumat verib. Qeyd edib ki, 25 il bundan qabaq erməni faşistləri Sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə köməkliyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli cinayət törədiblər. Uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetiriliblər. Şəhər əhalisi soyqırıma məruz qalıb.

Xalqımızın başına açılan bu dəhşətli faciə unudulmur, nifrət və kədər hissi ilə daim yad olunur. Respublikamızın hər yerində, eləcə də rayonumuzda Xocalı faciəsinin ildönümü qeyd olunub. İnanırıq ki, Xocalı qətliamını həyata keçirilənlər tezliklə öz layiqli cəzalarını alacaqlar.

Məktəbin müəllimləri Günay Mikayılova və Fərqanə Hüseynova Xocalı faciəsini törədənləri lənətləyib, bu amansız cinayətdə əli olanların öz cəzalarına çatacaqlarına əminliklərini ifadə ediblər.

Sonra məktəbin şagirdlərinin hazırladıqları Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. Şagirdlərin hazırladıqları səhnəciklər, ifa etdikləri şeirlər tədbir iştirakçılarına ruh yüksəkliyi bəxş edib.

Mərasimin sonunda iştirakçılar məktəbdə yaradılmış "Xocalı qurbanları" guşəsi və aşağı sinif şagirdlərinin faciəyə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 





28.02.2017    çap et  çap et