525.Az

Sabahdan Azərbaycanda TRT 1-in rəqəmli yayımına başlanacaq


 

Sabahdan Azərbaycanda TRT 1-in rəqəmli yayımına başlanacaq<b style="color:red"></b> Türkiyənin TRT 1 televiziya kanalı martın 1-dən Azərbaycanda rəqəmsal yayıma başlayacaq.
 
TRT-nin Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, TİKA, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında əldə olunmuş razılığa əsasən TRT 1 telekanalının yayımı bərpa edilib.
 
Qeyd edək ki, Azərbaycanda rəqəmli TV yayımına keçildikdən sonra TRT-nin yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT-1 Azərbaycan və Türkiyə arasında hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır.
 





28.02.2017    çap et  çap et