525.Az

"Putin və Trampın görüşünə hazırlıq başlayıb"


 

"Putin və Trampın görüşünə hazırlıq başlayıb"<b style="color:red"></b>

Rusiya və ABŞ prezidentlərinin görüşünə hazırlıq prosesi başlayıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Rusiya-ABŞ münasibətləri: reallıqlar və perspektivlər” mövzusunda Dövlət Dumasında keçirilən dəyirmi masada çıxış edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

”Bu məsələ Bonnda Sergey Lavrovla ABŞ dövlət katibi Reks Tillersonun birinci ikitərəfli görüşündə müzakirə olunub. Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq prosesinə başlanıb, lakin görüşün konkret tarixi hələlik məlum deyil”, - deyə S. Ryabkov söyləyib.
 
ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar barədə danışan nazir müavini Moskvanın Vaşinqtondan heç vaxt sanksiyaların ləğvini xahiş etmədiyini vurğulayıb: "Vaşinqton özü sanksiyaların ləğvi barədə qərar qəbul etməlidir. Sanksiyalara görə iki ölkə arasında ticarət dövriyyəsi 29 milyard dollardan 20 milyard dollara düşüb”.

 





28.02.2017    çap et  çap et