525.Az

Hikmət Hacıyev Oksford Universitetində çıxış etdi


 

Hikmət Hacıyev Oksford Universitetində çıxış etdi<b style="color:red"></b> Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının dəstəyi ilə Londonda Oksford Universitetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfransda məruzəçi qismində çıxış edib.
 
APA-nın xəbərinə görə, H. Hacıyev konfrans iştirakçılarını münaqişənin tarixi, mahiyyəti, danışıqlar prosesi, Ermənistanın cəbhədə törətdiyi təxribatların səbəbləri, münaqişənin həlli prosesi barədə məlumatlandırıb.
 
Tədbirdə Avropa ittifaqının nümayəndələri, London və Brüsseldə fəaliyyət göstərən aparıcı elmi tədqiqat mərkəzlərinin ekspertləri, Oksford Universitetinin tələbə və müəllim heyəti iştirak edib.
 





28.02.2017    çap et  çap et