525.Az

Yaponiyanın imperator cütlüyü ilk dəfə Vyetnamda


 

Yaponiyanın imperator cütlüyü ilk dəfə Vyetnamda <b style="color:red"></b>

Yaponiya imperatoru Akihito və imperatriçə Miçikonun Vyetnama ilk səfəri başlayıb.

Fevralın 28-də günün ikinci yarısında göyərtəsində imperator cütlüyünün olduğu Yaponiya hökumətinə məxsus təyyarə Hanoy hava limanında yerə enib.

NHK telekanalının yaydığı məlumata görə, təyyarədən düşən qonaqları yüksək səviyyəli hökumət nümayəndələri qarşılayıblar.

Altı günlük səfər çərçivəsində imperator və onun xanımı yüksək səviyyəli dövlət qonağı kimi müxtəlif rəsmi tədbirlərdə iştirak edəcəklər.

Martın 1-də imperator Akihito Vyetnamın prezidenti Çan Day Kuanqın adından təşkil ediləcək rəsmi ziyafətdə nitq söyləyəcək.

Səfər çərçivəsində imperator cütlüyünün Yaponiyada təhsil almış, həmçinin bu Gündoğar ölkə ilə sıx əlaqə saxlayan vyetnamlılarla görüşü də nəzərdə tutulur.

AzərTAc

 





01.03.2017    çap et  çap et