525.Az

“Fitch”in AİF-in reytinqi üzrə proqnozu neqativdir


 

“Fitch”in AİF-in reytinqi üzrə proqnozu neqativdir<b style="color:red"></b> “Fitch” beynəlxalq reytinq agentliyi “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Proqnoz neqativdir.
 
“APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, fondun reytinqi Azərbaycanın suveren reytinqinə uyğundur.

“Bu reytinq AİF-in dövlətlə sıx əlaqəsini, hökumətin mənzillə təminatın maliyyələşdirilməsi siyasətində oynadığı strateji rolu və dövlətin AİF-in fəaliyyətinə güclü nəzarətini əks etdirir”, - deyə məlumatda bildirilir.
 





02.03.2017    çap et  çap et