525.Az

Misir Mərdanov: "Bu, mümkün deyil"


 

Misir Mərdanov: "Bu, mümkün deyil"<b style="color:red"></b>

Sabiq təhsil naziri Misir Mərdanov AMEA prezidentliyinə namizəd olmadığını açıqlayıb.

Misir Mərdanov ANS PRESS-ə eksklüziv açıqlamasında belə bir şeyin qətiyyən mümkün olmadığını bildirib: "Bu qətiyyən mümkün deyil".

Sabiq nazir ona yeni vəzifə verilməsi məsələsinə də aydınlıq gətirib. "Bu barədə bir şey demək istəmirəm. Vaxtı gələndə hər şeyi biləcəksiniz", - deyə Misir Mərdanov bildirib.

Xatırladaq ki, Misir Mərdanov aprelin 19-da prezidentin sərəncamı ilə iatefaya göndərilib. Onu bu postda Mikayıl Cabbarov əvəz edib.

 





23.04.2013    çap et  çap et