525.Az

Xocalı soyqırımı Dənizlidə anıldı - Fotolar


 

Xocalı soyqırımı Dənizlidə anıldı - <b style="color:red">Fotolar</b>

26-27 fevral tarixlərində Xocalı soyqırımının 25-ci ildönümü Türkiyənin Dənizli vilayətində 2 günlük silsilə tədbirlərlə anılıb. İlk gündəki tədbir Azərbaycan-Qarabağ parkında gerçəkləşib.

Anım mərasimində Azərbaycandan dəvət edilən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, dosent Seyfəddin Altaylı da qatılıblar.

İqtisadiyyat naziri Nihat Zeybəkçi, Dənizli valisi Əhməd Altıbarmaq, Dənizli Böyükşəhər Bələdiyyəsi başqanı Osman Zolan, Bələdiyyə Mədəniyyət, Turizm və Tanıtma Dairəsi başqanı Xudaverdi Otaklı, Türk Təhsil Vəqfi Anadolu Liseyinin müdiri Fevzi Yetik, Lütfi Əgə Anadolu Liseyi müdiri Hüseyn Doğu və bu iki məktəbin şagirdlərindən təşkil olunan “Xocalı İşçi Qrupu” başqanı Sədat Sərdaroğlu, eləcə də müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

N.Zeybəkçi, Ə.Altıbarmaq, O.Zolan və başqaları çıxış edərək Xocalı soyqırımından bəhs ediblər. Bu faciənin Türkiyə və Azərbaycanın ortaq dərdləri olduğunu dilə gətiriblər.

Çıxışçılar, həmçinin qeyd ediblər ki, Xocalı üçün ədalətin bərpası yolunda səyləri artırmaq və birləşdirmək lazımdır.

Tədbirin ikinci günü Pamukkala Universitetinin Konqres və Mədəniyyət Mərkəzində davam edib.

Türk Təhsil Vəqfi və Lütfi Əgə Anadolu Liseyi şagirdləri ilə tələbələrin də qatıldığı proqram böyük maraqla qarşılanıb.

Mərasimdə Azərbaycan konsulu Abdulla Paşayev də iştirak edib.

Xocalı soyqrımı ilə bağlı təşkil olunan sərgidə faciənin fotoları, Möhsün Çinargür tərəfindən hazırlanan müxtəlif maketlər, eləcə də tələbələrin əl işi olan Xocalı soyqırımı tablosu nümayiş etdirilib.

Tədbirdə slayd göstərilib, Azərbaycan mahnıları ifa edilib.

Şəkili şair Vaqif Aslanla dənizlili şair Həsən Kallimcinin bir-birlərinə yazdıqları şeirlər tələbələr Nurcan Yol və Sümeyya Sərab Özbaşın ifasında dinlənilib.

Professor Süleyman Solmazın sərdlik etdiyi paneldə Ə.Tahirzadə, dosent Seyfəddin Sağlam çıxış edərək türklüyün tarixindən, millətimizin başına gətirilən faciələrdən, tarixin qaranlıq məqamlarından söz açıblar.

 





03.03.2017    çap et  çap et