525.Az

Mətbuat Şurasının icraçı katibi istefa verdi


 

Mətbuat Şurasının icraçı katibi istefa verdi<b style="color:red"></b> Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın Əməkdar jurnalisti Rəhim Hüseynzadə tutduğu vəzifədən istefa verib.
 
APA-nın xəbərinə görə, R. Hüseynzadə qərarını qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında açıqlayıb.

İclasda bildirilib ki, bu gün Rəhim Hüseynzadənin 66 yaşı tamam olur.
 
Əflatun Amaşov R. Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib.

R. Hüseynzadə təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb.

İdarə Heyətinin üzvləri istefanı qəbul ediblər.
 





03.03.2017    çap et  çap et