525.Az

Bu il Azərbaycanda yol qəzalarında ölüm halları artıb


 

Bu il Azərbaycanda yol qəzalarında ölüm halları artıb<b style="color:red"></b>

Cari ilin ilk üç ayında yol qəzalarında ölüm faktı ötən ilə nisbətən 104 nəfər artıb.

Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, cari ilin ilk üç ayında respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi (YNH ) qeydə alınıb, nəticədə 258 nəfər həlak olub, 691 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 118 fakt (22,3%), həlak olanların sayı 104 nəfər (67,5%) və yaralananların sayı 123 nəfər (21,7%) artıb

 





23.04.2013    çap et  çap et