525.Az

Cəlilabadda avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşdi


 

Cəlilabadda avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşdi<b style="color:red"></b> Cəlilabad-Sadatlı avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.
 
APA-nın cənub bürosunun məlumatına görə, yol yatağı çökərək yaşayış evlərinə doğru irəliləyir. Yolun Albalan kəndindən keçən hissəsində 20 metrə yaxın hissəsi çöküb.
 
Təpəlik ərazilərdən axan suların çatlara dolması torpaq qatını yuyaraq yaşayış evlərinə doğru sürüşdürür. Yolun Sadatlı kəndindən keçən hissəsində də  analoji vəziyyət hökm sürür. Yolun çökməsi nəticəsində ərazidə 1 metr dərinliyində çökəklik əmələ gəlib. Bu da nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
 
Aidiyyəti qurumlar əraziyə baxış keçirib, lazımı tədbirlərin görülməsi istiqamətində işlər aparılır.
 





04.03.2017    çap et  çap et