525.Az

Yazıçı Pərvinin "Sevdim səni" kitabı birinci oldu - Siyahı


 

Yazıçı Pərvinin "Sevdim səni" kitabı birinci oldu - <b style="color:red">Siyahı</b>

Kitabevim.az kitab mağazaları şəbəkəsində Hədəf Nəşrləri və “XAN” nəşriyyatının 2017-ci ilin fevral ayında ən çox satılan 30 bədii və tərcümə kitablarının siyahısı məlum olub. 

525.az-ın Senet.az-a istinadən verdiyi məlumata görə, siyahıya gənc yazıçı-publisist Pərvinin “Sevdim səni” esselər kitabı başçılıq edir.

İlk üçlüyün digər yerlərini müvafiq olaraq Co Navarro, Marvin Karlins, “Bədən dili”, Dilbər Axundzadə, “Müşfiqli günlər” kitabları doldurur.

Siyahıda sonuncu isə Mirzə Kazım bəyin "Bab və babilər" əsəri olub.

Siyahını oxuculara təqdim edirik:

1. Pərvin. “Sevdim səni”. Esselər

2. Co Navarro. Marvin Karlins. “Bədən dili”. İnsanı oxuma dili

3. Dilbər Axundzadə. “Müşfiqli günlər”. Xatirə ədəbiyyatı silsiləsi

4. Qriqoriy Petrov. “Ağ zanbaqlar ölkəsi”

5. Paula Hakens. “Qatardakı qız”. Detektiv roman. Yeni tərcümə

6. Hüseyn Nihal Atsız. “Bozqurdlar ölür, dirilir”. Roman

7. “Həsən bəy Zərdabi xatirələrdə”

8.  “Üzeyir Hacıbəyli haqqında xatirələr”

9. “Səməd Vurğun haqqında xatirələr”

10. Teodr Drayzer. “Amerika faciəsi”. Roman

11. Entoni Robinz. “İçindəki divi oyat”

12. Adəm Günəş. “Uşaq tərbiyəsində doğru bilinən yanlışlar”

13. “Hikmətli sözlər”. Cib kitabları silsiləsi

14. Cəmşid Əmirov. “Brilyant məsələsi”. Detektiv roman

15. Əzizə Cəfərzadə. “Gülüstandan öncə”. Tarixi roman

16. Müşfiq XAN. “Yalnızlığın bal ayı”. Psixoloji-məhəbbət romanı

17. Nizami Cəfərov. “Keçən günlərin dastanı”. Xatirə ədəbiyyatı silsiləsi

18. Fridrix Nitsşe. “Dəccal”

19. Sona Cabbarlı. “Onu kim unudar”. Cəfər Cabbarlı haqqında xatirələr

20. Cəlil Məmmədquluzadə. “Xatiratım”. Xatirə ədəbiyyatı silsiləsi

21. Svetlana Aleksiyeviç. “Müharibə qadın simalı deyil”. Roman

22. Brain Tracy. “Siz dəyərlisiniz”

23. Əzizə Cəfərzadə. “Bəla”. Tarixi roman

24. Orxan Qaravəli. “Tanıdığım Nazim Hikmət”. Xatirə ədəbiyyatı silsiləsi

25. Həsən Seyidbəyli. “Cəbhədən cəbhəyə”. Detektiv roman

26. Mişkinaz Cavid, Turan Cavid. “Cavid haqqında xatirələr”

27. Piter Kouter. “İnandırmaq və təqdim etmək”

28. Artur Konan Doyl. “Detektiv ölüm yatağında”. Hekayələr

29. Ziqmund Freyd. “Bir illüziyanın gələcəyi”

30. Mirzə Kazım bəy. "Bab və babilər"

 





04.03.2017    çap et  çap et