525.Az

Asiya İnkişaf Bankının 2013-cü il üzrə hesabatının təqdimatı Qafqaz Universitetində keçirildi


 

Asiya İnkişaf Bankının 2013-cü il üzrə hesabatının təqdimatı Qafqaz Universitetində keçirildi<b style="color:red"></b>

Qafqaz Universitetində Asiya İnkişaf Bankının 2013-cü il üzrə hesabatının təqdimat mərasimi olmuşdur. Tədbirdə Asiya İnkişaf Bankının Bakı ofisinin nümayəndələri cənab Olly Norojono və cənab Nail Vəliyevlə yanaşı Bankın baş iqtisadçısı cənab David Oldfield də iştirak etmişdir. Qafqaz Universitetindən isə tədbirdə təşkilatçı qismində Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin heyəti və eyni zamanda Universitetimizin tələbələri iştirak etmişdilər.

Tədbir ilk öncə cənab David Oldfieldin“Azərbaycan İqtisadiyyatının diversifikasiyası: perspektivlər və problemlər” mövzusudakı tədqimatı iləbaşladı. TəqdimatdacənabOldfield Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi imkanlarından danışdı, digər ölkələrin bu sahədəki təcrübələrini qeyd etdi və Asiya İnkişaf Bankının bu istiqamətdə gördüyü işlər barədə məlumat verdi.

Daha sonra “Asiya İnkişaf Bankının 2013 hədəfləri ”  mövzusunu tələbələrlə müzakirə edən Asiya İnkişaf Bankının Bakı ofisnin rəhbəri cənab Norojono Bankın gələcək planlarından və layihələrindən danışaraq tələbələrin bu istiqamətdəki suallarını cavablandırdı.Buna əlavə olaraq Bankın iqtisadçısı cənab Vəliyev də öz növbəsində Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan programlardan bəhs etdi. O çıxışında bildirdi ki, ötən illərdə olduğu kimi, bundan sonra da Bank, Azərbaycan iqtisadiyyatının inkişafına layihə və programları ilə öz töhfələrini verəcəkdir.

S.Qarayeva

 





23.04.2013    çap et  çap et