525.Az

Elçinin əsərləri serb dilində


 

Elçinin əsərləri serb dilində<b style="color:red"></b>

Azərbaycanın Xalq Yazıçısı Elçinin əsərləri bir çox xarici dillərə tərcümə edilərək nəşr olunmuş, pyesləri müxtəlif ölkələrin məşhur teatr səhnələrində  tamaşaya qoyulub.

Serbiya oxucuları indiyədək Elçinin əsərləri ilə yalnız dövri mətbuatdan tanış idilər. 

Bu günlərdə isə Xalq Yazıçısının “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları Belqradın “İnternational Business Service” nəşriyyatı tərəfindən “Ölüm hökmü” adı ilə kitab şəklində nəşr edilib.
Hər üç romanı serb dilinə Nina Polih və Qradimir Polih birlikdə tərcümə ediblər.

Yüksək poliqrafik səviyyədə nəşr edilmiş geniş formatlı, 614 səhifəlik kitabın “Ön söz”ündə Elçinin romanları dünya kontekstində yüksək qiymətləndirilir, onların bədii-estetik xüsusiyyətləri göstərilir.
Kitab Serbiya oxucuları tərəfindən böyük maraqla qarşılanmışdır.

GÜNEL

 





23.04.2013    çap et  çap et