525.Az

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi


 

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi<b style="color:red"></b>

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Ağsu aşırımında qatı duman var.
 
K. Əliyev sürücüləri göstərilən istiqamətdə görünüş məsafəsi  məhdudlaşdığından alternativ yollardan istifadə etməyə çağırıb.
 
Şöbə rəisi bununla belə, respublikanın avtomobil yollarında heç bir problem olmadığını qeyd edib.

 





24.04.2013    çap et  çap et