525.Az

Məktəbli hazırlayan "Cahan" uşaq bağçası


 

Məktəbli hazırlayan "Cahan" uşaq bağçası<b style="color:red"></b>

Məktəbəqədər təhsil bütün təhsil sisteminin bünövrəsidir, çünki məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur.

Məktəbəqədər təhsil uşaqların potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq, eləcə də həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Məktəbəqədər təhsilin məqsədi uşağın fərdi yaş potensialının maksimal açılması üçün şəraitin yaradılmasından ibarətdir.

Məktəbəqədər təhsil uşaqların gələcəyi üçün önəmli bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi üçün doğru ünvanı seçmək çox önəmlidir.

Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən rus-ingilis təmayüllü "Cahan" uşaq bağçası, tədris mərkəzi seçiləcək doğru ünvandır. 

KEMBRİC UNİVERSİTETİNİN MƏKTƏBƏ HAZIRLIQ PROQRAMINDAN İSTİFADƏ 

"Cahan" uşaq bağçası, tədris mərkəzinin metodisti Zinaida Kərimova deyir ki, məktəbəqədər təhsil uşaqların istər intellektual, istərsə də fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. "Cahan" uşaq bağçasında məktəbəqədər tədris proqramı Kembric Universitetinin məktəbə hazırlıq proqramından istifadə edilərək hazırlanıb və Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Proqrama uşaqlarda sosial-emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe yerləşmə haqda, ölçü, vaxt anlayışı, ingilis dilində baza anlayışların mənimsədilməsi, dinləmə,danışıq bacarıqlarının, rəqəmlər və sadə hesablama, ilkin oxu və yazı bacarıqlarının öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. 4-5 yaşlı uşaqlar üçün 2 illik, 5-6 yaşlı uşaqlar üçün 1 illik proqram nəzərdə tutulub. Proqrama həftə ərzində 15 saat məşğələ daxildir.

DİNLƏMƏ VƏ QAVRAMA VƏRDİŞİ AŞILAYAN MƏŞĞƏLƏLƏR 

Z.Kərimovanın sözlərinə görə, hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələ qururlar. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. İKT və əyani vəsaitlər əsasında qurulan məşğələlər öz rəngarəngliyi ilə seçilir. Bu məşğələlərdə uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir. İlkin başlanğıcda lazım olan vasitələr təbaşir, rəngləmələr, karandaşlar, plastilin və sair istifadə etməklə uşaqlarda barmaq əzələləri möhkəmləndirilir, onlara sərbəst şəkildə qələm tutmaq, müxtəlif ştrixləri, xətləri, fiqurları, çap şəklində hərfləri yazmaq öyrədilir. Riyaziyyat məşğələləri uşaqların məntiqi təfəkkürünü daha yaxşı inkişaf etdirən interaktiv təlimdir. İnkişafetdirici tapşırıqlar məntiqi təfəkkürün inkişafına müsbət təsir edir. Burada uşaqlar zaman-məkan, ölçü-forma, miqdar, rəqəmlər və sadə hesablama kimi biliklərə sahiblənirlər.

Məşğələlərdə məqsəd uşaqlarda ətraf aləm, təbiət və cəmiyyət haqqında təsəvvürlərini düzgün formalaşdırmaqdır. Uşaqlarda vətənpərvərlik hisslərini formalaşdırmaq məqsədi ilə doğma diyar, xalqın tarixi, tarixi abidələri, adət-ənənələri, dövlətimiz, onun prezidenti, dövlət atributları haqqında ilkin məlumatlar verilir.

MENTAL-ARİTMETİK PROQRAM ÜZRƏ TƏDRİS 

Metodist bildirib ki, iki ünvanda Binəqədi rayonu, S.Məmmədov küçəsində, "Nəsimi" metrosunun yanında və Yasamal rayonu, Dadaş Bünyadzadə 232E-də yerləşən "Cahan" uşaq bağçası, tədris mərkəzi həftənin 6 günü saat 8:00-dan 19:00-dək fəaliyyət göstərən bağçanın hər iki binası standartlara uyğun olaraq işıqlı, havalandırma və istilik sistemi, sanitar-gigiyenik tələblərə uyğun tədris, yataq və oyun otaqları, yüksək keyfiyyətli tədris ləvazimatları ilə təchiz olunub.

"Cahan" uşaq bağçası, tədris mərkəzində məktəbə hazırlıqla yanaşı, xarici dil, inkişafetdirici, fərdi və mədəni-estetik, mental-aritmetik proqramlar üzrə tədris aparılır. Bağçada uşaq ədəbiyyatı, nağıllar aləmi, məntiq, ətraf aləmlə tanışlıq, əlavə dil kimi fransız dili tədris olunur. Bağçada məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılıq qabiliyyəti, məntiqi-təxəyyülü, ilkin mühəndislik bacarıqları formalaşır və gizli istedadları üzə çıxır. Bağçada şahmat və teatr klubu da var. 

YÜKSƏK NƏTİCƏ GÖSTƏRƏN MƏZUNLAR 

Bağçanın məktəbə hazırlıq qruplarını bitirən uşaqlar təhsil aldıqları ümumtəhsil məktəblərində yüksək nəticələr göstərirlər. Bağçanın ingilis qrupunu bitirən Turan yüksək nəticə göstərərək bu il Bakı İstedadlar Liseyinə 2-ci sinfə qəbul olub. Hazırda sözügedən liseyin ingilis qrupunda oxuyur. "Cahan" uşaq bağçasının rus bölməsini bitirən Oktay Rafnev, Toğrul Şükürov, Mamed Muxtarov, Yusif Cəfərov, Zərifə Rəhimova, Murad Şahsuvaroğlu, Aylin Dadaşzadə, Ruslan Kaştaev isə hazırda təhsil aldıqları ümumtəhsil məktəblərində əlaçı şagird kimi digərlərindən seçilirlər. Bütün bunlar "Cahan" kollektivinin uğurudur.

S.QARAYEVA

 





08.03.2017    çap et  çap et