525.Az

Azərbaycan Ümumrusiya Teatr Festivalında təmsil olunacaq


 

Azərbaycan Ümumrusiya Teatr Festivalında təmsil olunacaq<b style="color:red"></b>

Martın 12-də Tatarıstanın Buinsk şəhərində Volqaboyu və Ural xalqları teatrlarının "İdel - Bua - Ural - dialoq məkanı" adlı Birinci Ümumrusiya Teatr Festivalı start götürəcək. Festivalda Azərbaycan və Qazaxıstanla yanaşı, Rusiyanın Tatarıstan, Başqırdıstan, Udmurtiya, Mari-El, Ulyanovsk vilayəti, Komi və Kalmıkiya Respublikalarının teatrları çıxış edəcək.

Bu barədə 525.az-a Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli məlumat verib.

Zəngin repertuar proqramı olan festivala Kalmıkiya Milli Dram Teatrı "Gözlə məni" tamaşası ilə qatılacaq. Ötən ilin dekabrında uğurlu premyerası baş tutmuş tamaşanın quruluşçu rejissoru Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Əli Əmirlinin Kalmık mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Sanci Balıkovun "Zalamca" povestinin motivləri əsasında yazdığı pyes zavod sahibi Şavel Aduçevin ərköyün qızı Zalamca ilə kasıb müəllim Danzan arasındakı məhəbbət və ayrılıq, ümid və həsrət haqqında dastandır.

 





08.03.2017    çap et  çap et