525.Az

SOCAR-ın törəməsi "Petkim"dəki payının daha bir hissəsini satdı


 

SOCAR-ın törəməsi "Petkim"dəki payının daha bir hissəsini satdı<b style="color:red"></b> "SOCAR Türkiye Enerji" "Petkim Petrokimya Holding A.Ş."-dəki ümumi dəyəri 87,912  mln. lirə olan payını satıb.
 
"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, birjada satılan səhmlərin nominal dəyəri 4,44 lirə, səhmlərin sayı isə 19,8 mln. ədəddir.
 
"Bununla da "SOCAR Türkiye Enerji"nin birbaşa və dolayı payını 52,32%-dən 51%-dək azalıb. "SOCAR Türkey Petrokimya A.Ş."-nin ümumilikdə "Petkim"də sahibi olduğu 51%-lik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 1,32%-dən 0%-ə düşüb", - deyə şirkətin açıqlamasında deyilir.
 





09.03.2017    çap et  çap et