525.Az

Azərbaycan ötən il elektrik enerjisi ixracını dördqat artırıb


 

Azərbaycan ötən il elektrik enerjisi ixracını dördqat artırıb<b style="color:red"></b>

2016-cı ildə Azərbaycan elektrik enerjisinin ixracını 2015-ci illə müqayisədə 3,9 dəfə artıraraq 1 mlrd. 46 mln. kVt/saata çatdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Məlumatda qeyd edilir ki, ötən il Azərbaycandan Rusiyaya elektrik enerjisi ixracı 10,8% artaraq 120,2 mln. kVt/saata çatıb. Hesabat dövründə Gürcüstana 109,5 mln. kVt/saat elektrik enerjisi ixrac olunub ki, bu da bundan öncəki illə müqayisədə 7,6% çoxdur.

2016-cı ildə Azərbaycan Türkiyəyə 813,4 mln. kVt/saat elektrik enerjisi satıb. Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracı olmayıb.

Cənub qonşumuz olan İran ötən il Azərbaycandan elektrik enerjisi idxalını 20,8% artıraraq 2,9 mln. kVt/saata çatdırıb.
 
Ötən il Azərbaycan 65,9 mln. kVt/saat elektrik enerjisi idxal edib ki, bu da 2015-ci illə müqayisədə 38,7% çoxdur.

 





09.03.2017    çap et  çap et