525.Az

"Ağ Evə hücum; Obama yaralandı"....


 

"Ağ Evə hücum; Obama yaralandı"....<b style="color:red"></b>

"Associated Press"(AP) agentliyinin "Twitter" hesabını ələ keçirən hakerlərin "Ağ Evə hücum; Obama yaralandı" mesajı Dou Cons Sənaye İndeksinin 150 xal geriləməsinə səbəb olub.

Agentliyin sözçüsü Pol Kolford "Twitter" hesabının haker hücumuna məruz qaldığını, son dəqiqə xəbərinin doğru olmadığını açıqlayıb.

AP müxbiri Mayk Beker isə bəzi agentlik əməkdaşlarının şifrələrinin oğurlandığını, sonra isə "Twitter" hesabının hücuma məruz qaldığını bildirib.

Dou Cons Sənaye İndeksi agentliyin təkzibindən sonra yenidən yüksəlib.

AP bu hadisədən sonra "Twitter" hesabını dundurub. Hesabın hakerlərin əlinə necə keçdiyini araşırıb tapmaq üçün "Twitter" rəhbərliyi ilə danışıqlar başlayıb.

trtazerbaycan

 





24.04.2013    çap et  çap et