525.Az

Ağcabədidə həyətyanı sahədə tank əleyhinə əl qumbarası tapıldı


 

Ağcabədidə həyətyanı sahədə tank əleyhinə əl qumbarası tapıldı<b style="color:red"></b> Ağcabədi rayonunda əl qumbarası tapılıb.
 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, rayonun Aran kəndində bir ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə əl qumbarası (RKQ-3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
 
Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında keçirilib.
 





09.03.2017    çap et  çap et